Qaxda məskunlaşmış laçınlı məcburi köçkününü ilan sancıb

Qaxda məskunlaşmış laçınlı məcburi köçkününü ilan sancıb

Qax rayonunda məskunlaşmış laçınlı məcburi köçkünü ilan sancıb. 

REAL Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndində baş verib. 

Laçın rayonu Oğuldərə kənd sakini, 1987-ci il təvəllüdlü Şahmərdan Eldar oğlu Ağalarov Qıpçaq kəndi ərazisində qoyun otaran zaman ilan onun sol ayağının topuq nahiyəsindən sancıb.

Yaxınları tərəfindən ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Ş,Ağalarova ilkin tibbi yardım göstərilib,ilan zəhəri əleyhinə zərdab vurulub.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə