İyunda Azərbaycanda 98 dövlət əmlakı hərraca çıxarılacaq

İyunda Azərbaycanda 98 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyunun 18-də təşkil olunacaq.

REAL ONA-ya istinadla xəbər verir ki, hərracda 98 dövlət əmlakı üzrə seçim yaradılıb. Bu dövlət əmlaklarından 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.

Budəfəki hərraca səhmdar cəmiyyətlərinin səhmlərinin 30% ilə 45% arasında olan səhm paketləri də çıxarılıb. Səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənaye sektorlarına aiddir. Onlar arasında “Anar”, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə