KOBİA məhkəmə sistemi ilə bağlı bir sıra təkliflərlə çıxış edib

KOBİA məhkəmə sistemi ilə bağlı bir sıra təkliflərlə çıxış edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məhkəmə sistemi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

REAL ONA-ya istinadla xəbər verir ki, Agentliyin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi adlı tədbirdə çıxışı zamanı təklifləri səsləndirib.

Onun sözlərinə görə, məhkəmə alternativ həlli üsullarının, arbitraj institutlarının gücləndirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsini vacib hesab edirik: "Sonrakı mərhələdə isə agentlik olaraq bunu sahibkarlar arasında təbliğinə dair tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Sahibkarlar məhkəməyə son həll üsulu kimi baxmalıdır. Hakimlərin sahibkarlıqla bağlı biliklərini artırmaq, müasir baxış tərzini formalaşdırmaq üçün hakimlərin ixtisasartırma kurslarına cəlb edilməsini məqsədəuyğun hesab edirik".

O.Məmmədov bildirib ki, məhkəmə qərarlarının məzmun keyfiyyətinin artırılması, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsi əhəmiyyətli hesab edirik. "Elektron kargüzarlığa keçidin təmin edilməsi hakimlərin kargüzarlıqla bağlı vəzifələrinin minimuma endirilməsi vacib əhəmiyyətə malikdir", - deyə KOBİA-nın sədri qeyd etdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə