Azərbaycanda sosial müdafiə və təminat xərcləri 200 mln. manata yaxın azalıb

Azərbaycanda sosial müdafiə və təminat xərcləri 200 mln. manata yaxın azalıb

Ötən il Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri proqnozlaşdırılandan 47 025,4 min manat az olub.

REAL ONA-ya istinadla xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Əgər 2018-ci ildə bu sahə üçün proqnozlaşdırılan vəsait 2 197 764,2 min manat olubsa da, bundan 2,1% az, 2 150 738,8 min manat xərclənib.

Eyni zamanda 2017-ci illə müqayisədə də 2018-ci ildə sosial müdafiə və sosial təminat xərcləri azalıb. Əgər 2017-ci ildə bu sahəyə 2 350 165,2 min manat xərclənibsə, 2018-ci ildə bundan 8,5%, yəni 199 426,4 min manat az vəsait xərclənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayırmalar (transfert) isə proqnozlaşdırılan həcmdə - 1,3 mlrd. manat olub. Bu, 2017-ci illə müqayisədə 21 mln. manat və ya 1,6% çoxdur. 2017-ci ildə DSMF-yə dövlət büdcəsindən ayırmalar (transfert) 1,279 mlrd. manat olub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə