Nailə Vəlixanlı və Maisə Rəhimova təltif olunublar

Nailə Vəlixanlı və Maisə Rəhimova təltif olunublar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova muzey işi sahəsində səmərəli fəaliyyətlərinə görə Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

REAL ONA-ya istinadla xəbər verir ki, mükafat alimlərə Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun açılış mərasimində təqdim edilib. 

Ə.Qarayev akademik Nailə Vəlixanlı və professor Maisə Rəhimovanın Azərbaycanın maddi-mədəniyyət nümunələrinin toplanması və muzeyləşməsi istiqamətində mühüm işlər gördüklərini söyləyib. 

N.Vəlixanlı və M.Rəhimova isə öz növbəsində dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb, mükafata görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə