H.Əliyev kuboku uğrunda mübarizə - VİDEO, FOTO

H.Əliyev kuboku uğrunda mübarizə - VİDEO, FOTO
Rusiyanın aparıcı ali məktəblərini təmsil edən 16 komanda mübarizəyə qoşulub

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə  Heydər Əliyev kuboku uğrunda mini-futbol turniri keçirilib.

Rusiya Federasiyasının "Spartak" futbol klubunun meydanında Heydər Əliyev kuboku uğrunda mini-futbol turniri başa çatıb.

REAL xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən futbol turnirində Rusiyanın aparıcı ali məktəblərini təmsil edən 16 komanda mübarizə aparıb.

Turniri giriş sözü ilə açan Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev iştirakçılara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri barədə məlumat verib. Gənclər birliyinin sədri Leyla Əliyeva adından turnir içtirakçılarını salamlayan  E.Hacıyev, bu il turnirin 10 illik yubleyini qeyd etdiklərini nəzərə çatdırıb. Bildirilib ki, RAGB-ın yaranmasında Heydər Əliyev fondunun müstəsna xidmətləri olub və fond Rusiyada azərbaycanlıların cəmiyyətə inteqrasiyasında, Rusiya içtimaiətində ziyalı mövqeyini tutmalarında da böyük işlərin görüb.

Çıxış edən Rusiya Dövlət Hümanitar-İqtisad Universitetinin rektoru Vaqif Bayramov isə tədbirin əhəmiyyətini qeyd edərək, iştirakçılara uğurlar arzulayıb.

Turnirin iştirakçıları isə tədbirin əhəmiyyətindən və gənclərə verdiyi töhvəni qeyd ediblər.

"Rusiya Azərbaycan Gənclər Təşkilatı gənclərin birləşməsi və qarşılıqlı münasibəti baxımından cox iş görürlər. Futbol turniri buna misaldır. Burada iştirakımız üçün və azərbaycalıları yaxından tanımağımızda bizə köməklikləri üçün onlara təşəkkür edirik".

"Azərbaycanlı gənclər Rusiya ictimaiyyətinin bir parcasıdır. Və təşkil olunan Heydər Əliyev Adına kubok bunu sübutudur. Moskvada başqa millətlərdən olan xalqları bir araya gətirir. Həm də Azərbaycan tarixi şəxsləri haqda digər ölkələrin gənclərinə məlumat verilir".

Bütün komandalar layiqli oyun nümayiş etdirib və mükafata layiq yerləri tutmağa çalışıblar. Gərgin keçən qarşılaşmaların final oyununda Rusiya Federasiyasının Maliyə Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Tibb və Stamatoloji Universitetinin birləşmiş komandası qarşılaşıb.

Heydər Əliyev Kuboku uğrunda mini-futbol turnirinin qalibi, kuboku başının üzərinə qaldıran komanda isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Tibb və Stamatoloji Universitetinin birləşmiş komandası olub.

Tədbir qaliblərin mükafatlandırılması ilə davam etdirilib. Turnirin fərqlənən iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, ənənəvi illik turnir Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə 2009-cu ildən təşkil edilir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə