Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb“

Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb“

“Əgər bu gün beynəlxalq sahədə hücumlara, böhtan kampaniyalarına məruz qalırıqsa, bunun səbəbi bizim bu coğrafiyadakı millətimizin min illik tarixi üçün apardığımız mücadilədir”.

REAL-ın ONA-ya istinadən məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman bayramının 100 iliyi münasibətilə Samsunda keçirilən təntənəli tədbirdə çıxışında bildirib.

Türkiyə prezidenti hər gün bir hiylənin qarşısını aldıqlarını söyləyib: "Gənclərimizin bu böyük oyunları görmələri məni çox sevindirir. Qurtuluş Savaşımızın baş komandanı, Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkü hörmətlə yad edirəm. Atatürk 1 əsr öncə 19 mayda Samsuna Osmanlının ən bacarıqlı zabiti kimi ayaq basıb. Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsiplərinin eyni qalıb".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə