“Dilsiz danışanlar“ın 25 ili - VİDEO

“Dilsiz danışanlar“ın 25 ili - VİDEO
Pantomima teatrı 25 illik yubileyini qeyd edir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Pantomima teatrının yaranmasının 25 illiyi qeyd olunub.

Tamaşadan əvvəl teatrın 25 illik fəaliyyətinə həsr olunan sərgi keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yubiley mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Pantomima teatrının özünəməxsus yer tutduğunu və teatrn nəznində peşəkar kollektivin formalaşdığnı diqqətə çatdırdı.

Daha sonra teatrın təsiscisi Bəxtiyar Xanızadə çıxış edərək teatrın keçdiyi yollardan və əldə etdiyi uğurlardan danışdı

1994-cü ildə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib.

25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişdirib.

Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında çıxış edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə