Kraliça ilə görüşən rəssam - VİDEO

Kraliça ilə görüşən rəssam - VİDEO
Bu, Sakit Məmmədovun sayca üçüncü görüşüdür

Sakit Məmmədovun belə sakit sakit danışmağına baxmayın. Adam üçüncü dəfədir ki, İngiltərə kraliçası ilə görüşür və ona Azərbaycan adına öz rəsm əsərlərini təqdim edir. 

Kimdir Sakit Məmmədov? Azərbaycanın xalq rəssamı. Dünyanın bir çox ölkələrində sərgiləri uğurla təşkil edilən adam. Onun yaradıcılığından heyrətlənən görkəmli rus tənqidçisi Andrey Bajenov belə demişdi. «Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir»- Görünür bu səbədəndir ki, İngiltərə kraliçası da bu əldən artıq üçücü dəfədir rəsm əsəri qəbul edir. 

Rəssam deyir ki, Azərbaycana məxsus bir rəsm əsərinin İngiltərənin Vindzor sarayından asılması elə Azərbaycan adına uğurdur. Eynən mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyunu qədər. Xatırlayayırsızsa, İngiltərənin Çelsi Arsenal qarşılaşmasına Bakının ev sahibliyi etməsi son günlər ən ciddi müzakirələrə yol açıb. Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına bir sıra tövsiyyə xarakterli xəbərdarlıq edib və Bakını təhlükəli şəhər kimi qələmə verib.

Məncə bunun ən yaxşı cavabını elə Sakit Məmmədov kraliça Elizabetə bağışladığı Bahar qız rəsmi ilə verdi. Bizim ölkəmizdə həmişə bahardır, dostlar. İnsanımız da Sakitdir!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə