Final oyunu xarici KİV-in diqqətində - VİDEO

Final oyunu xarici KİV-in diqqətində - VİDEO
Azad Rəhimov təhlükəsizliklə bağlı sualları cavablandırıb

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

Böyük oyun ərəfəsində Gənclər və İdman naziri Azad Rəhimov Amerika Birləşmiş Ştatlarının Assoşeyted Press informasiya agentliyinin əməkdaşının suallarını cavablandırıb.

Əsasən təşkilati məsələlərə toxunan nazir təhlükəsizliklə bağlı sualları da cavablandırıb.

"Təhlükəsizlik xidməti ilə çoxsaylı təlimlər keçirilib. Oyun zamanı onlar asayişin qorunması üçün əllərindən gələni edəcəklər. Hazırda bizi düşündürən azarkeşlərin davranışlarıdır. Hesab edirəm ki, Arsenal və Çelsinin azarkeşləri bir-birinə düşmən deyil və Bakıda bununla əlaqədar heç bir problem yaşanmayacaq. Biz dəfələrlə böyük futbol oyunlarına ev sahibliyi etmişik. Hava limanımız 2 saat ərzində 7-10 min sərnişinə xidmət göstərə bilir. Bakıda 80-ə yaxın çarter reysini qəbul edəcəyik. Vizanın verilməsində heç bir ləngimə olmayacaq. Bu prosedur 25-30 saniyə ərzində yekunlaşacaq. Biz futbolu həmişə siyasətdən kənar tutmuşuq. Eyni mövqe Mxitaryanla da əlaqədardır. Dövlət tərəfindən ona təhlükəsizlik, viza dəstəyi və digər məsələlərlə əlaqədar tam zəmanət verilib".

Qeyd edək ki, Avropa Liqasının final matçı 29 may tarixində Bakı Olimpiya stadionunda baş tutacaq. Həlledici oyun İngiltərənin 2 klubu-Arsenal və Çlesi arasında təşkil olunacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə