İmadəddin Nəsimi - 650, VİDEO

İmadəddin Nəsimi - 650, VİDEO
94 saylı məktəbdə Nəsimi ilinə həsr olunan tədbir keçirildi

Qeyd edim ki, Nəsimi dünya poeziyasinin ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanin əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib.

Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində şairin misilsiz xidmətləri var.

Nəsiminin şeirləri Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir.

Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Xatırladım ki, bu il, prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi ili elan olunub.

Elə bu qərardan sonra Nəsiminin məzarının Suriyanın Hələb şəhərindən Azərbaycana köçürülməsi müzakirə mövzusuna çevrildi.

Amma XİN-nin sözcüsü Leyla Abdullayeva şairin məzarının Azərbaycana köçürülməsi, eləcə də qəbrin rəsmi ziyarət olunması ilə bağlı məsələnin gündəmdə olmadığını bildirdi.

Bir vaxtlar Suriyanın Hələb şəhərində Nəsiminin qəbrini ziyarət edən millət vəkili Qənirə Paşayeva isə məzarın köçürülməsi deyil, məzar üzərində abidənin ucaldılmasının tərəfdarıdır.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi Yunesko-nun tədbirləri siyahısına daxil edilib.

2017-ci ilin may ayında Parisdə Yunesko-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə