Çəkidə yüngül, vəzndə ağır - VİDEO

Çəkidə yüngül, vəzndə ağır - VİDEO
Dünyada pambığa ehtiyac artır

Ağ qızıl... yəni pambıq... məhsulların 70 faizinin hazırlanmasında pambıqdan istifadə edilir.

Hətta bəzi qida məhsulları və dərman preparatlarının hazırlanmasında da pambıq istehsalçıların köməyinə çatır. Məhz buna görə də pambıq ixracı bəzi dövlətlərin büdcəsinin formalaşmasında əsas vasitələrdən biridir.

Məsələn son statistikaya baxsaq...

Pambıq ixracına görə lider ölkələr siyahısına 15.4 milyardlıq gəlirlə Çin, 8,4 milyardlıq gəlirlə ABŞ 8,1 milyardlıq gəlirlə isə Hindistan başçılıq edir.

Çində pambıq ümumi ixracın 261 faizini, ABŞ-da 14,2 faizini, Hindistanda isə 13.8 faizini təşkil edir.

Sıralamanı Pakistan, Vyetnam və Türkiyə davam etdirir.

Azərbaycanda da son illər pambıqçılığın inkişafına diqqət artırılır.

Fermerlərə subsidiyalar ayrılır, onlara bazarın tapılmasına köməklik edilir və xüsusi pambıq yığan texnika alınır.

Pambıq əkini ilə bağlı Azərbaycanın ümumi xəritəsinə nəzər yetirsək, Saatlı, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan ölkəmizdə pambıq yetişdirən rayonlar arasında ilk sıralardadır.

Neftçaladan olan fermerlər də əkin sahələrindən keyfiyyətli və bol məhsul götürən sahibkarlardır.

Ölkə ərazisində isə demək olar ki, pambıq əkini başa çatıb.

Qeyd edək ki, ötən ildən etibarən 1 ton pambığın qiyməti növündən asılı olmayaraq 50 manat artırlıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə