39 təcili yardım briqadası ayrılıb - VİDEO

39 təcili yardım briqadası ayrılıb - VİDEO
Təcili tibbi yardım gücləndirilmiş rejimdə işləyəcək

UEFA Avropa Liqasının final oyunu ilə bağlı 39 təcili tibbi yardım briqadası ayrılıb.

Bu barədə REAL-a Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Baş həkim bildirib ki, 10 təcili tibbi yardım briqadası ehtiyatda qalacaq: 

“Yerdə qalan digər təcili tibbi yardım briqadaları qonaqların yaşadıqları ərazilərdə, məşqlərin keçirilmə zonasında və bilavasitə Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcəklər”. 

Rauf Nağıyev Avropa Liqasının finalı ilə bağlı mayın 25-dən etibarən təcili tibbi yardım xidmətinin gücləndirilmiş rejimdə çalışacağını da vurğulayıb.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə