Nazir müavini məktəblərdə xoşagəlməz hadisələrin baş vermə səbəblərini açıqlayıb

Nazir müavini məktəblərdə xoşagəlməz hadisələrin baş vermə səbəblərini açıqlayıb

“Son dövrlərdə aparılan təhlillər zamanı bəzi təhsil müəssisələri tərəfindən sağlam mənəvi-psixoloji, təhlükəsiz mühitin formalaşması və sabit saxlanması istiqamətində zəruri tədbirlərin tam həyata keçirilmədiyi aşkarlanıb”.

REAL ONA -ya istinadən xəbər verir ki,, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Xəzər rayonunun təhsil işçiləri ilə görüş zamanı deyib.

Nazir müavini bildirib ki, ailələrlə, risk qrupuna daxil olan təhsilalanlarla səmərəli iş sisteminin yaradılması, psixoloji xidmətin müasir tələblərə uyğun qurulması sahəsində kifayət qədər sistemli iş aparılmayıb və nəticədə bəzi xoşagəlməz hadisələr baş verib.

F. Qurbanovun sözlərinə görə, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifədir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə