Azərbaycanda bu il Ani Ödəniş Sisteminin ilk mərhələsi istifadəyə veriləcək

Azərbaycanda bu il Ani Ödəniş Sisteminin ilk mərhələsi istifadəyə veriləcək

“Azərbaycanda bu ilin sonunda Ani Hesablama Sisteminin fiziki şəxslər arasında hesablaşmanı nəzərdə tutan qismi istifadəyə veriləcək”.

REAL ONA -ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol” mövzusunda çıxışında bildirib.

K. Qurbanova deyib ki, növbəti ildən Ani Hesablama Sisteminin hüquqi şəxslər arasında hesablaşmanı və digər mərhələləri nəzərdə tutan qismi istifadəyə veriləcək: “Ani ödəniş sistemi inkişaf etmiş ölkələr tərəfindən qəbul olunur. Ani ödəniş sisteminin əsas məqsədi 7/24, yəni əməliyyatın aparıldığı dövrdə hesablaşmaların başa çatdırılmasıdır”.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə