Azərbaycanda bank hesablarının məsafədən açılması yeni formatda tətbiq olunacaq

Azərbaycanda bank hesablarının məsafədən açılması yeni formatda tətbiq olunacaq

"Bank hesablarının məsafədən açılması texnologiyasının təcrübəsinin yeni formatda tətbiqini gözləyirik". 

REAL ONA -ya istinadən xəbər verir ki, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov "Maliyyə və Texnologiyalar Samiti"ndə ("Fintex Summit" )bildirib.

İ. Alışov deyib ki, çox qısa müddətdə Azərbaycanda banklarda məsafədən hesab açmağa imkan yaradılacaq: "Bu isə Azərbaycanın sisteminin beynəlxalq standartlara uyğunlaşmasına doğru atılmış növbəti bir addımdır.

Düşünürük ki, gələcək dövrlərdə bank sektorunda kağız daşıyıcılarının azaldılması, rəqəmsal texnologiyaların tətbiqi, əməliyyatların elektronlaşdırılması, eyni zamanda beynəlxalq təcrbənin tətbiqi normativ hüquqi bazanın dəyişdirilməsini və korrektə edilməsində müvafiq addımların atılmasını qaçılmaz edib.

Banka gəlmədən məsafədən hesabın açılması və qabaqcıl texnologiyaların tətbiqi ilə bankda müştəri-bank münasibətlərinin yeni fazaya keçməsin nail olacağıq".

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə