“Futbol və biznes“ sammiti keçirilib - VİDEO

“Futbol və biznes“ sammiti keçirilib - VİDEO
Tədbirdə UEFA rəsmiləri də iştirak edib

Bakıda AFFA-nın və UEFA-nın təşkilatçılığı ilə “Futbol və biznes” sammiti keçirilib.

3 iclasdan ibarət sammitdə ilk olaraq “Futbolun makroiqtisadi təsiri” mövzusunda fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa 40 min xarici azarkeş gələcək.

Nəticədə ölkə həm iqtisadi, həm də turizm baxımından böyük xeyir əldə edəcək. Cari mövsümdə Topaz Premyer Liqasında çıxış edən klubların hesabat təqdim etməsi təqdirəlayiq haldır.

Oyunda azarkeşlərin az olması və yayım hüquqlarının olmaması sponsorların cəlb edilməsində çətinlik yaradır.

Bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunub. Bəzi klublarımız bazarda kifayət qədər çəkisi olan iri şirkətlərlə sponsorluq müqaviləsi imzalayıb. “Futbol investisiyasından sosial fayda” mövzusunda çıxış edən UEFA nümayəndəsi Aleksandr Kuçeryavıy UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb.

Vergilər nazirinin müşaviri Elçin Məmmədov isə Azərbaycanda idmanın vergilərdən azad edilməsinin inkişaf strategiyasının bir hissəsi olduğunu deyib. 

Daha sonra “UEFA Grow” modelinin beynəlxalq futbolun inkişafındakı rolundan danışan Tim Krabbe bu modelin faydalarından söz açıb. Tədbirin sonunda sammit iştirakçıları arasında lotereya təşkil olunub. Məşhur futbolçu, Fransa milli komandasının sabiq yarımmüdafiəçisi Rober Piresin müəyyənləşdirdiyi qalibin hər biri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı üçün iki bilet qazanıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə