Regionun ən ixtisaslaşmış sərgiləri - VİDEO

Regionun ən ixtisaslaşmış sərgiləri - VİDEO
Bakıda aqrar və qida sahəsi üzrə sərgilər işə başlayıb

Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya, 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayıb.

Açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bu sərgilərin aqrar və qida sahəsində ən böyük tədbirlərdən biri olduğunu qeyd etdi.

Nazir, həmçinin Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə həyata keçirilən mütərəqi islahatlardan söz açdı.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlardan və iş adamları üçün yaradılan əlverişli biznes mühitindən danışdı

Mərasimdə çıxış edən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko isə dedi ki, ölkəsi sərgilərdə 30 şirkətlə təmsil olunur. O, Azərbaycanda kənd təsərrüfatı, eləcə də qida təhlükəsizliyi sahələrinin sürətlə inkişaf etdiyini vurğuladı.

Qeyd edək ki, sərgilər 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Ötən illə müqayisədə sərgilərin ekspozisiya sahəsi 20 faiz artıb.

Eksponentlərin 70 faizini xarici şirkətlər təşkil edir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə