Quba-Qonaqkənd yolu yenidən qurulur - VİDEO

Quba-Qonaqkənd yolu yenidən qurulur - VİDEO
Yolun çaydan keçən hissəsində 3 körpü inşa ediləcək

Quba-Qonaqkənd avtomobil yolu uzun müddətdir təmir olunmadığından yolun torpaq yatağı sel sularının təsirindən yuyulub, hərkət hissəsindən qabarmakar və çalalar əmələ gəlib. Hansı ki bu yol 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirir və 46 km uzunluğa malikdir. Nəzərə alsaq ki, Quba turizim potensialı yüksək olan rayondur deməli yolun belə yararsız olması turizmin inkişafınada təsir göstərə bilər. Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yarada bilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun mövcud vəziyyətini nəzərə alaraq, Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması işlərini həyata keçirməyə başlayıb. Avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və Iv texniki dərəcəyə uyğun olaraq hazırlanır. Yolun mövcud örtüyü sökülüb, yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.

Artıq yolun 12 km-lik hissəsinin asfaltlanması işləri bitib. Hazırda digər 12 km-lik hissədə işlər aparılır. 

“Yol boyu tələb olunan yerlərə su ötürücü boruların quraşdırılması tələb olunduğu üçün yol oyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü inşa edilib. Hazırda yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilir. “

Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə