7 cüdoçumuz Çinə yollanır - VİDEO

7 cüdoçumuz Çinə yollanır - VİDEO
H.Heydərov üçün növbəti qızıl şansı

Cüdo üzrə Çin qran-prisində ölkəmizin idman şərəfini 7 təmsilçimiz qoruyacaq.

73 kiloqram çəki dərəcəsində məşqçilər heyəti Hidayət Heydərova şans verəcək.

Bakıda təşkil olunmuş Böyük dəbilqə seriyalı turnirin qalibi uğur qazanacağı təqdirdə lisenziya xallarını bir qədər də artıra bilər.

Çinə aparılacaq heyətdə son turnirin bürünc medalçısı Zelim Kotsoyev də yer alıb.

Zelim 100 kq çəki dərəcəsində bacarığını nümayiş etdirəcək. 60 kq-da tatami üzərinə 2 həmyerlimiz çıxacaq. Söhbət Kəramət Hüseynovla Tofiq Məmmədovdan gedir. Bu idmançılar ilk növbədə komanda daxili rəqabətdən bir-birini üstələməyə çalışacaqlar. İsmayıl İbrahimovla, Rüfət Məmmədov 66 kq-da qüvvəsini sınayacaq.

Nicat Şıxəlizadənin yoxluğunda bu cüdoçulardan hansının daha yaxşı təsir bağışlayacağı sual doğurur. Qadınların yarışında məşqçilər cəmi 1 idmançıya etimad göstərəcək. Milliləşdirilmiş Aleksandra Florian 57 kq-da mükafatlara iddialıdır.

Qeyd edək ki, Xuxuto şəhərində baş tutacaq qran-pridə 389 cüdoçu mübarizə aparacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə