Azərbaycan üzrə 72 mindən çox daşınmaz əmlak obyektinin mülkiyyət hüquqları qeydiyyata alınıb

Azərbaycan üzrə 72 mindən çox daşınmaz əmlak obyektinin mülkiyyət hüquqları qeydiyyata alınıb

Bu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 72,4 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

REAL ONA-a istinadla xəbər verir ki, bu göstəricinin 19,7 minə yaxını (27,2%-i) ilkin, 52,7 minə yaxını isə (72,8%-i) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13,4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36,5 mini torpaq sahəsi, 1 500-ə yaxını qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-ə yaxını isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.

Cari ilin yanvar-aprel aylarında 62,5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilib. Bu müddətdə 15 minə yaxın ipoteka müqaviləsi, 1 117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə