Azərbaycanda avtomobillərin idxalı kəskin artıb

Azərbaycanda avtomobillərin idxalı kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 11 695 ədəd avtomobil idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

REAL-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 53 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 10 614 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 974 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi və 54 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə sözügedən göstəricilər müvafiq olaraq 2,3 dəfə, 2,2 dəfə, 2 dəfə və 2,1 dəfə artıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə