Tramp Putini Vaşinqtona dəvət etdi

Tramp Putini Vaşinqtona dəvət etdi
Rusiyadan verilən açıqlamanı Ağ Ev təsdiqlədi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini ölkəsinə dəvət edib.

Real TV xəbər verir ki, bu barədə “Russia today” agentliyi məlumat yayıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp martın 20-də baş tutan telefon danışığı zamanı Putinə Vaşinqtonda görüşməyi təklif edib.

"Bu, çox müsbət ideyadır. Əgər hər şey normal olacaqsa, ümid edirəm ki, amerikalılar sammitin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər. Telefonla söhbət zamanı Tramp ilk sammitin Vaşinqtonda – Ağ Evdə keçirilməsini təklif edib”.

Xəbəri Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders də təsdiq edib.

“Dövlət başçıları gələcəkdə Ağ Ev də daxil olmaqla bir sıra məkanlarda ikitərəfli görüşün keçirilməsini müzakirə ediblər. Hələ ki, bundan əlavə heç nə deyə bilmərik”, deyə S.Sanders qeyd edib 

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə