Təhsil naziri Ağstafada vətəndaş qəbulu keçirəcək

Təhsil naziri Ağstafada vətəndaş qəbulu keçirəcək

Təhsil naziri Ceyhun Bayramov Ağsatafa şəhərində vətəndaş qəbulu keçirəcək.

Təhsl Nazirliyindən REAL-a verlən məlumata görə, qəbul mayın 24-ü saat 10:00-da şəhərdəki Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbul Ağstafa və Qazax rayon sakinləri üçün nəzərdə tutulub.

Eyni zamanda qəbulda Ağstafa və Qazax rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Bundan əlavə, Təhsil nazirinin müavini Firudin Qurbanov mayın 24-ü saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbulda Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 14-20 may (saat 14:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə