“İçərişəhər” Qoruq İdarəsi istifadəsiz kağız məmulatlarının qəbuluna başlayıb

“İçərişəhər” Qoruq İdarəsi istifadəsiz kağız məmulatlarının qəbuluna başlayıb

"İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi (DTMQİ) istifadəsiz kağız məmulatlarının qəbuluna başlayıb.

REAL “Report”a istinadla xəbər verir ki, kağız məmulatlarının toplanması onların yenidən emala göndərilərək satışı hesabına əldə olunan gəlirlə ağac tinglərinin alınması məqsədini daşıyır.

Toplanan kağızlar qeyd dəftəri olaraq yenidən istehsal ediləcək, satışa çıxarılacaq və əldə edilən gəlirlə yeni tinglər alınaraq Qala kəndində əkiləcək: "Bununla da təkrar emal prosesi dövr edərək son nəticədə təbiətə qaytarılacaq. Artıq 11-12 may tarixlərində layihənin ilk mərhələsi uğurla həyata keçirilib. Belə ki, 2 gün ərzində ziyarətçilər İdarəyə 1 tondan çox kağız məmulatı təhvil veriblər”.

“İçərişəhər” DTMQİ layihəyə töhfə vermək istəyən hər kəsi mayın 18-i saat 12:00-17:00 arasında İçərişəhərdə yerləşən Dördbucaqlı Qalaya (Art Tower) dəvət edir. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə