İran istehsalı idman avadanlıqlarının Bakıda sərgisi təşkil oluna bilər

İran istehsalı idman avadanlıqlarının Bakıda sərgisi təşkil oluna bilər

“İran istehsalı olan idman avadanlıqlarının Bakıda sərgisi təşkil oluna bilər”.

REAL-ın ONA-ya istinadən məlumatına görə, bu sözləri İranın gənclər və idman naziri Məsud Sultanifər İranda səfərdə olan həmkarı Azad Rəhimovla görüşdən sonra deyib.

O həmçinin bildirib ki, görüşdə idman komplekslərinin tikintisi üçün iranlı şirkətlərin Azərbaycanda fəaliyyətinə şəraitin yaradılması məsələsi də müzakirə olunub. İki ölkənin ortaq mədəniyyət və tarixinin olduğunu vurğulayan M.Sultanifər deyib ki,  idmançılarının beynəlxalq turnirlərdə birgə iştirakı, dostluq görüşləri,  məşqçi və hakimlərin mübadiləsi,  idmançılar üçün müştərək təlim-məşq toplantıların təşkili kimi məsələlər barədə də razılıqlar əldə olunub.

 A.Rəhimov bildirib ki, bu gün iki dost və qardaş ölkə olan İran və Azərbaycan arasında çox yüksək səviyyədə dostluq  əlaqələri qurulub və bu, digər sahələrdə əlaqələri inkişaf etdirməyə təkan verir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə