Ziya Bünyadov prospektində avtomobil piyadanı vuraraq öldürüb

Ziya Bünyadov prospektində avtomobil piyadanı vuraraq öldürüb

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REAL ONA-ya istinadla xəbər verir ki, mayın 12-də saat 3 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Gəncə şəhər sakini T.Niyazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rafael Nəbizadəni vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən