Suraxanıda içməli su layihəsi - VİDEO

Suraxanıda içməli su layihəsi - VİDEO
Suraxanı rayonunda içməli su təchizatı yaxşılaşdırılır

Suraxanı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivinin bir hissəsini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir.

Layihə çərçivəsində Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Atamoğlan Rzayev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni Günəşli qəsəbəsi D massivinin relyef baxımından yüksəklikdə yerləşən hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borularla 3,2 km su xətləri çəkilir.

Yaxın günlərdə Qaraçuxur qəsəbəsinin Şərq massivində, həmçinin Yeni Suraxanı və Əmircan qəsəbələrinin bəzi küçələrində yeni su xətlərinin quraşdırılmasına başlanılacaq.

Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan ötən qısa müddət ərzində su xətlərinin 7 km-lik hissəsi tikilib.

Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq. 

Qeyd edək ki, layihələrin əhatə etdiyi ərazilərin bir hissəsində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb. Əhali içməli suya olan tələbatına maşınlarla daşıma yolu ilə təmin edib. Bəzi ərazilərdə isə içməli su təchizatı əhali tərəfindən yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılırdı. Belə yaşayış massivlərində normal su təchizatını təmin etmək mümkün olmurdu. Su xətləri istismara yararsız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi.

Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı sistemlərinin yaradımasına və yenidən qurulmasına qərar verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə