Xurmaya tələbat artıb - VİDEO

Xurmaya tələbat artıb - VİDEO
Ramazan süfrəsinin əsas neməti olan xurmanın qiyməti gündəmdədir

Hər il olduğu kimi bu il də Ramazan ayının başlanması ilə əlaqədar bazar və dükanlarda xurmanın qiymətinin artması müzakirə mövzusu oldu.

Qiymət artımı mövzusu əsasən sosial şəbəkələrdə gündəmə gəldi.

Bu məsələdə İranda baş verən sel fəlakətilə bağlı ölkədən məhsul ixracı ilə bağlı qadağaya da diqqət çəkənlər tapıldı.

Bu məqsədlə Keşlə bazarına üz tutduq.

Burada müxtəlif ölkələrdən gətirilən xurma növlərinin satışda olduğunun şahidi olduq.

Satıcıların dediyinə görə alıcıların əksəriyyətinin əsasən Ramazan ayı ərəfəsində xurma aldığını nəzərə alsaq, tələbat əsasən İran İslam Respublikasından gətirilən kağız qutularda satılan xurmayadı.

Bundan başqa digər ölkələrdən gətirilən xurmaların dadları və qiymətləri də fərqlidir.

Üz tutduğumuz bazarda 4 manatdan 26 manata kimi xurma qiymətləri var. 

Gördüyümüz o oldu ki, əhalinin əsasən almağa həvəs göstərdiyi İran xurmasının qiymətində cüzi dəyişiklik var.

Lakin bir neçə gün bundan əvvəl ölkə prezidenti keçirdiyi müşavirədə süni qiymət artımı məsələsinə də toxundu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə