Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

REAL Təhlil və informasiya Mərkəzində Mir Şahin vaxtıdı. Tısbağanın vətəni, çəlpələngin azadlığı olmur. Biri qından, o biri ipdən asılıdır. Bu fikrə bir az sonra qayıdacaq, həm bağalardan, həm bağlardan, yəni iplərdən başlamağımızın səbəblərini izah edəcəyik. Bir az hövsələniz olsun, bütün həqiqətlərdən, daha doğrusu həqiqətin bütün növlərindən, üstüörtülüsündən də, çılpağından da danışacağıq. Xarici dövlətin xüsusi xidmət əməkdaşına elə adına da layiq xidmət göstərən qadından, belə bir xidmətə özünü təklif edən axirətini axır itlə, qocasıyla səhv salan bir bağışlanmış ağır günahdan. Hər şeydən. Hər nədən. Və hər kəsdən. Təəssüf edirəm ki, hər dəfə bizi Suriyaya, Liviyaya çəkən potensial belə ərəb-ə və ya ibn ə-lərin ucbatından vətəndaşlarımıza ölkəmizin dünyadakı dəyərini, Planet üçün nə qədər mühüm olduğumuzu çatdırmağa az vaxt qalır. Vətəni və vətəndaşlığı mədədən, daha doğrusu qurşaqdan aşağı başlayan, uzağı unitazda və ya Formula 1-in ayağı altında qalan hansısa kanalizasiya lyukunda bitən siyasi domestoslar doğrudan vaxtımızı alır. Bu təfəkkürü qurşaqdan aşağılar Azərbaycanın bütün beynəlxalq uğurlarının yan-yörəsinə çibin kimi qonur, ürək bulandırır. Diqqətli və ağıllı tamaşaçı yəqin aydın görür və hiss edir ki, mən hər dəfə soyuqqanlı olmağa çalışır, hirsimi cilovlayır, heç kimi təhqir etmədən yalnız faktlarla danışır və söylədiyim hər bir fikrin də arqumentli izahını verirəm. Xahiş edirəm, bu gün daha diqqətli və daha çox olun. Ona görə ki, üçüncü həftədir ki davam edən “ovcumdakı nədi?” oyununa bu gün son qoyacaq, öz müqəddəs dövlətini xüsusi xidmətin qucağına etibar edən həmin məşhur qadının adını nəhayət ki, deyəcəm. Amma bir az sonra. Çalışın başqa kanala baxmayın. İnqilabın narıncı rəngində həbsə girən 14 il sonra həmin rəngi çəhrayıya qədər dəyişib bayıra çıxan qoca pulmonoloqdan danışacam. Bu iki adamın simasında iki faciə tipindən danışacam. Daha bir siyasi düşərgə, küçə və meydan qadını üçün də bu axşam maraqlı olacaq. Mən özünə elan etdiyi bütün güzəşt kampaniyalarına baxmayaraq müştəri tapmayan, meydan mikrofonu tapmadığına görə, Sabirabadda bir toymiqyaslı bəyin mikrofonuna ağız söykəyərək gözünün qurdunu bu yolla öldürən bir siyasət zənənini nəzərdə tuturam. O da bu gün adını və dadını görəcək. Bir sözlə maraqlı və düşündürücü vaxt vəd edirəm. Əslində də biz bu gün Sizinlə böyük mətləblərdən, Azərbaycanın bir dövlət kimi uzaqmənzilli hədəfləri, elan etdiyi bəşəri platforma, 4-cü sənaye inqilabı, Dünyanın Yeni inkişaf müstəvisində Azərbaycanın üzərinə düşən qlobal məsuliyyət, bir sözlə, “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoqa” çağırış adı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan geniş bəhs etməliydik. Yer kürəsi və Bakı vaxtı. Planet və Bakı Prosesi. Dövlətin yeni təqdimat tərzi, yeni dövran üçün ondan tələb olunan standartlar. Bir zamanın Avropa standartları, Qərb standartları kimi artıq köhnəlməkdə və sürətlə dəyişməkdə olan cəmiyyət ölçülərinin yeni alternativlərinin hazırlanmasına Bakının verdiyi ciddi töhfələr. Səmərəsinin OPEK-in ali rəhbərliyi səviyyəsində etiraf olunduğu İlham Əliyev düsturunun neftin dünya bazarındakı qiymətinin sabit saxlanmasındakı rolu... Hər belə Bakı toplantısı Azərbaycanı bəşəriyyətin dilinə yeni və daha aydın şəkildə çevirir. Azərbaycan lideri “Dünyanın ən qədim məscidlərindən birinin qədim Şamaxı şəhərində, Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsənin qədim Şəki şəhərində yerləşdiyini söyləməklə bu məkanda sivilizasiyalararası münasibətlərin kifayət qədər dərin köklərə bağlı olduğunu vurğulayır.

Multikulturalizm - Həyat tərzi

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur. Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir. Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar. Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq. Əminəm ki, bu gün və sabah Forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq.”

10 milyonluq Azərbaycan çoxmilyardlıq dünyaya özünü sanki, ASAN dövlət layihəsi tək çıxarır. Ola bilər ki, qulağınızı qıdıqladı azca. Amma dərindən fikirləşsək yeni dövlət fəlsəfəsinin təxmini məzmunu belədi. İndi isə, icazənizlə bir iki beyt şeir demək istərdim. Nəsimidən. Forum boyu ruhu ilə bu məkanda iştirak edən böyük kainat şairi Nəsimidən. Yeri gəlmişkən, İlham Əliyevin 2019-cu ili məhz Nəsimi ili elan etməsi də boşuna deyil. Çünki Nəsiminin insanı və ya Nəsimi bir insan olaraq bir ölkəyə, bir millətə, bir dinə məxsus deyil. Beləliklə, Nəsiminin öz dilində danışaq və əmin olaq ki, burda bir planetarlıq, bir bəşərilik, hərkəsliklə yanaşı mükəmməl bir hamılıq var:

Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam.
Gəh çıхmışam Isa kimi, çərх üstünə oturmuşam,
Gəh varmışam Yusif kimi, Misirdə sultan olmuşam.
Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,
Şimdi Nəsimiyəm, bu gün хak ilə yеksan olmuşam.

Eyni zamanda zahid və abid, asi və fasiq, mö’min və kafir, İsalı, Musalı, Yusifli bir sözlə külli-insan Nəsimi, yəni azərbaycanlı.

Son beyti isə yəqin Suriyadakı məzarının aqibətini əsrlər əvvəl hiss etmiş dahinin Hələbi bombalayanlara xitabıdır. Bax elə təkcə o misralardan görünür ki, Azərbaycan insanı bütün ali dəyər və əqidələrin universal daşıyıcısı olub və dünyanın multikultural mərkəzi adını tarixi zərurət olaraq daşıyır. O genetik kod bu günkü dövlətin ümumi idarəçilik fəlsəfəsinə boş yerə çevrilməyib . Özünəməxsusluğu saxlamaqla birgələşmək, hamılaşmaq. Bir az əvvəl Prezidentin çıxışından misal çəkdiyim parçalar daha çox mənəviyyatla, tarixi ruhla, milli-dini rəngarəngliklə bağlıydı və Azərbaycanın dünyaya şəffaf körpülər atdığını, bu asma körpülərin etibaqlılığını sübut edirdi. İndi gəlin Azərbaycanın gözlə görünən, əllə toxunula bilən, fiziki-coğrafi reallıq kimi daha aydın olan layihə və təşəbbüslərini xatırlayaq. O zaman bayaq eşitdiklərimizlə indi eşidəcəkləriniz arasında sıx bir bağlılığın olduğunu görəcəksiniz.

İnkişafa aparan yol

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız nəqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havanı dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir nəqliyyat infrastrukturu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirib. Yaxın qonşularımız və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq olmasa idi, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdaşlar tələb olunur. Nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır. Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir. Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda, lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutlarının ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir”.

Prezident Azərbaycanın hələ 20 faiz çatışmazlığı olan ərazisiylə belə bəşəri ola bildiyini qeyd etməklə Qarabağ məsələsinin həll olunması zərurətini daha geniş faydalar, səmərələr kontekstində təqdim edir. Yəni Qarabağ məsələsinin həlli ərazi bütövlüyünün bərpası Azərbaycanla yanaşı, bəlkə daha çox dünyaya lazımdır. REAL-a müsahibəsində isə biz BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Ankhel Moratinosun dünyaya baxışı və Azərbaycanla bağlı fikirləri ilə yaxından tanış olmaq imkanı qazandıq. Bu müsahibənin götürüldüyü məkanın həm də bir rəmzi mənması var idi. BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi bizə müsahibəni Bütün Qafqazın Şeyxinin iqamətgahında verirdi. Bir avropalı, Bir ispan. Bir Xristian. Fonda isə mübarək Qurani-Şərif. Möhtəşəm və qürurverici, bəşəri ansamblın əla görünüşü:

Multikultural və dinc ölkə

Moratinosun Bakının BMT-nin Sivilizasiyalar Alyansının regional habına çevrilə bilmə perspektivi barədə söylədiklərinə yenidən qayıdacağıq.

Azərbaycanın digital hub naminə gördüyü işlərdən danışanda. Və əmin olacağıq ki, bütün bağlar Azərbaycandan keçir. Reallı, virtuallı. İndi isə mən çox istərdim ki, kiçik bir düşüncə taym-autu götürək. Yəni sadəcə fikirləşək. 1991-93-cü illərin məhəlli, hövzə, xarabalıqlar Azərbaycanına son 15 il ərzində əldə edilmiş yüksəkliklərdən baxaq. Bütün firqə maraqlarını, incik insani ambisiyaları, bir sözlə beynimizə ardıcıl olaraq mədə atakları edən hər şeyi unutmağa çalışaraq. 2019-cu ilin Azərbaycanına 90-cı ildən baxaq. İki mənzərə çarxı göstəririk:

Xəyanət alışqanı

Təsəvvür edin. Azərbaycan dünyanı dəyişmək istəyən, onu daha ünsiyyətcil, abad və ümumbəşəri etməyə, daha yaxşı gələcəyə aparmağa çalışan dövlətlərlə bir sıradadır. Var gücü ilə işləyir. Bütün dillərə və bütün dinlərə təhrifsiz tərcümə olunur. Haralardasa bir ovuc qüvvə də var ki, Azərbaycanı dəyişməyə, geriyə, ən azı 30 il keçmişə qaytarmağa çalışır. Baxın. Bir tərəfdə Nəsimi. Dərisini soysalar da əqidəsini dəyişməyən, nəinki Planetar, hətta kainati bir varlıq olan bu adamın yerləşdiyi insan ucalığı, başqa bir nöqtədə isə azadlıq bəxş edilsə də özünün, hikkəsinin, kininin, küdurətinin əsarətindən, həbsindən, türməsindən heç cür azad ola bilməyən İnsanov aşağılığı. Axı hər ikisi Azərbaycanın ayağına yazılır. Əlbəttə, Nəsimi çox ucadır. Amma onun dərisindən damcılayan qana da gərək insanov qonmasın. Böyük bir ruh inciyir axı. Yox. Gəlin daha poetikanı-filanı bir kənara ataq. Sadə dildə danışmaq lazımdır. Elə insanovla da. Həbsdən çıxandan Amerikaya təşəkkür etməyə başlayan, Amerikanın Səsinə minnətdarlıqla davam edən, yaşda Tramp, başda tromb, plaşı həbs olunduğu 2005-ci ilin narıncı inqilab ovqatının korlanmış çalarında, gözünün altı isə ənənəvi olaraq qara olan Əli İnsanova elə gələ bilər ki, rüşvət və regionçuluğun, korrupsiya və qanunsuzluğun rəmzi olduğu unudulub.Biz unutmamışıq. Şəxsən mən unutmamışam. 2005-ci ilin aprelində mən məhz onun, səhiyyə naziri Əli İnsanov haqqında hazırladığım reportajda belə bir fikir söyləmişdim: “Rüşvət alan kişi anasını, bacısını, arvad-uşağını özgə kişinin puluna saxlayır”. Əli insanov o zaman sətiraltına necə düşdüyünü gərək ki unutmayıb. Mən unutmadığım kimi. Çünki məhz o reportajdan sonra mənə qarşı bu gün də davam edən mənəvi terrora məruz qaldım. Bu həftə o təhqir kompaniyasının 14 ili tamam oldu. Əli İnsanovla başlayan təhqir kompaniyasının. İnsanov bu gün, boynuna kəfən salıb yola çıxdığını deyir. Doğrudan da o boyuna ancaq kəfən yaraşır. Amma biz neçə illər sadədil uşaqlar kimi elə bilmişik ki, o ağ xalatdır. Kəfən qolunda qalstiklu, kostyumlu mürdəşirin birisini Ölkənin Baş həkimi kimi qəbul etmişik. Təsəvvür edirsiz? Bu adam boynuna saldığı o lənətə gəlmiş kəfənin parçalarından nə qədər mənzilə, nə qədər insana pay verib. Onun gözünün altı kimi qapqara olan səhiyyə sistemi bu gün də hələ tam özünə gələ bilmir. Əli İnsanovun islah olunub-olunmamasından danışmaq fikrim yoxdur. Məncə onun müayinəyə və müalicəyə ehtiyacı var. Uzunmüddət həbsdə yatmış, bir Azərbaycandan çıxıb başqa bir Azərbaycana düşən bu zavallının beyni fantastik dəyişikliklərə dözə bilməzdi və bu da təbiidir. Adam xəstədi. Psixi sarsıntı keçirib. Ona görə də xəstə bir adamın potensial siyasətçi kimi perspektivi məni ciddi olaraq maraqlandırmır. Ona görə ki, onun gələcəyi yoxdur. Xəyanət etdiyi yolu nəzərə alsaq deməli keçmişi də. Bəlkə bu günü var və o gün də baxın görün nə gündədi. Bəs onda mən niyə efir vaxtımızı bu lazımsız hesab etdiyim mövzuya ayırıram. Çünki o artıq itirməyə heç nəyi olmayan birisidir və çalışır ki, multikultural və bəşəri ideyaların daşıyıcısı tək özünü təsdiq etmiş bir ölkədə artıq çoxdan tarixə qovuşmuş regionçuluq, yerlibazlıq kimi mağara düşüncəsini geri qaytarsın. İnsanovun xortdaması ilə Qərbi Azərbaycanlı söz birləşməsi də fəallaşdırılır. Bu isə əslində birləşmıə yox, ayrılma, ayırmadır. Azərbaycanın qərbi, şərqi, şimalı, cənubu ola bilər. Azərbaycanlının yox. Bu bir separatçılıqır. Əli İnsanovun da yaxşı anladığı təhlükəli separatçılıq. Erməni separatçılarının əlinə oynayan keçmiş nazir reallığı bilmir. O hələ ki, içinin 2005-ci ilindədir. Bu günkü bəyanatları ilə hələ ki, həbsxanaya düşənədək içində saxladığı, o vaxta qədər açıq deyə bilmədiyi fikirləri ifadə edir. O zaman susmuş, içində saxlamış, üzdə Heydər Əliyev yoluna sədaqətli olduğunu imitasiya edərək, içində qiyamçı birisini gizlətmişdi. 2005-ci ildən içində qalanlar indi bayıra vurur. Amma ortada qalmır. Qayıdır elə 2005-ci ilə. O zaman boynuna almırdı. Tövbə edirdi. Özünü ən nifrətə layiq birisi adlandırırdı. İlham Əliyevdən üzr diləyirdi. Bu mən deyiləm. Mən bu deyiləm! deyə and-aman edirdi. Bu gün isə əslində hər şeyi boynuna alır. Geriyə möhlətlə. Və əgər kimsə bir zaman İnsanovun Əliyev yoluna xəyanət edə biləcəyinə şübhəylə yanaşırdısa, artıq bu gün o kimsə yoxdur. İnsanov qanunu geriyə işləyir. Və yalnız geriyə işləyir. Deməli nə vaxtsa ona acıyan kəslərə belə imkan verir ki, təəssüflərini, acılamalarını geri götürsünlər. Gec də olsa ona verilən ittihamı aşkarcasına boynuna alır. Amma həm də bu adama yazığım gəlir. Doğrudan da qarşımızda bir insanın faciəsi var. O insan və ya insanov itirdiyi illəri, günləri qaytara bilməməsinin acığını dövlətdən çıxır. Əlbəttə, ömrünün ən gur və gümrah vaxtını həbsdə keçirib. Ən yaxın adamlarının gözündən uzaq, ünsiyyətindən, təmasından iraq olub. Bir zamanlar onun ayağı altına kəsiləcək quzunun məhz qara olduğunu nazirə sübut üçün dərini saxlamağa borclu olan baş həkimlərin qəfil qırılmış ehtiramından 14 il əskik gəlir. Sabiq nazir regionçu deyil guya, amma sürücüsünün bakılı, köməkçisinin isə tovuzlu olduğunu 26 ildir ki, yadında saxlayıb. Adam regionçu deyilmiş...Uzun müddət təhsil naziri olmuş, hörmətli Misir Mərdanovun Əli İnsanova ağsaqqalyana müraciətinin son iki cümləsini eşidək, xahiş edirəm.

Misir Mərdanovdan Əli İnsanova xatırlatma 

Bu müraciətin son iki cümləsinə müdaxilə etmək istərdim. Hörmətli Misir müəllim, adam diz çökmək üçün gərək əvvəl ağzı üstə yıxıldığını anlasın, ayağa dura bilsin. Sonra diz çökmək olar. Əliyevin məzarı qarşısında çökülə biləcək diz yeri İnsanovun hətta qalxa biləcəyi yerdən də çox ucadadır.

Ucalıq və alçaqlıq barədə söhbətimi davam etdiririəm. Hörmətli tamaşaçılar! Son zamanlar Osmanqızı və onun ayıb olmasın yaxın, uzaq ətrafı əməlli başlı bir kompaniyaya başlayıb. Guya REAL Tv onu hansısa videolarla təhdid edir, jurnalistikadan əl çəkməsə onun intim görüntülərini yayacağı ilə hədələyir. Qadın hətta bir az da irəli gedərək bu prosesin guya Prezident tərəfindən idarə olunduğunu elan edir. Bir sözlə ağzına və ağlına gələni danışır. Dövləti faktiki olaraq şantaj edən bir adam hətta REAL-ın bağlanmasını belə tələb edir. Yəni, ömründə beş-altı kitab oxumuş bu alayarımçıq jurnalist doğrudan bu qədər xəstədir ki, Prezidentin Onun haqqında düşünə biləcəyini fikirləşir. Dünyada gedən 4-cü sənaye transformasiyasının, qlobal yenidən qurmanın vacib hissələrindən birinin təşkili və idarə olunması boyda işlərlə məşğul olan İlham Əliyevin hansısa mikroskopik monitor canlısı haqqında düşünməyə həvəsi və ya vaxtı ola bilərmi? Nə absurd, nə cəfəngiyyatdı bu? Osmanqızının ağzından qapıb onunla oral həmkarlıq edən Gültəkinlər, Əlilər, filanlar barədə az sonra danışarıq. Deməli, gəlin bir az əvvələ qayıdaq. Söhbət nədən gedir və mən nə demişəm. Hə... Bir də diqqətlə baxın görün ki, mən harda Sevincin adını çəkirəm:

Vəssəlam. Mən yalnız bunları təqdim etmişəm. Nə intim video, nə pornotəhdid... Sadəcə elan. Və televiziyadan, ümumiyyətlə kütləvi informasiya vasitəsində anons texnologiyasından az-çox anlayışı olan hər kəsə bəllidir ki, belə telefəndlər, maneralar yol veriləndir, tətbiq olunandır hətta olduqca mühüm bir komponentdir! Osmanqızı özü də belə üsullardan yararlanıb və yararlanmaqdadır. Onlarla belə misal çəkə bilərəm. İndi isə məni maraqlandıran bir sual. 28 aprel Bakı vaxtilə saat 18-də, yəni mənim o bütün əli-ayağı çatanlara müraciət edir ki, ay camaat qoymayın REAL-dan mənə təhdid gəlir ki, jurnalistika fəaliyyətini dayandırmasan sənin intim videonu yayacağıq.

Sevinc Osmanqızı bu hay-küyü niyə salıb? Cavab çox sadədir. Sevinc Osmanqızına yataq tanış gəlib. Ola bilər ki, almada öz dişlək yerini tanıyıb. Elektron məktublarda öz sözlərini görüb. Çünki mən məchul məşhur xanımın tələbələri barədə danışmışam və onların da risk qrupunun üzvləri kimi müayinə edilə biləcəyini söyləmişəm, amma heç yerdə deməmişəm ki onların müəllimi Sevincdir. Doğrudur, mən belə demişəm: “əvvəl elə başa düşürdüm ki, adam yataqda konkret bir dövlətə xüsusi xidmət göstərir. Amma araşdırmalarım məni ən azı çaşdırıb, ən çoxu isə deyə bilirəm ki, qızın dəqiq iki, bəlkə üç adaxlısı var. Tarix nəinki 2, hətta 3 ayrıı-ayrı dövlətin agenti olan belə şəxsləri tanıyır. Bizim qəhrəmanımızın 3 dildə sərbəst danışması da ona tam belə imkan verir. Özü də zəif iradəsi, dayanıqsız vətəndaşlığı onu rahat 3 telli durnaya çevirə bilərdi. Hər halda araşdırılması vacib məsələdir” sitatımın sonu. Amma heç burda da Sevincin adını çəkməmişəm. Gizlətmirəm. Həmin şəxsin sevinc olduğunu nəzərdə tutmuşam. Çünki məktublarda onun ünvanı, adı və s.var. Siz onu indi iri planda görürsünüz. Amma razılaşaq ki, Osmanqızının özünü birhəftə 3 saat əvvəl elan etməsi məsələnin tam doğru olduğunu sübut edir. Deməli: burdan çıxan nəticə. Sevinc əmin idi ki, onunla bağlı məlumatları mənə sızdırıblar və özü də bunu onun ən yaxın ətrafı edib. Oxşar hal Osmanqızının Çingiz Sultansoya göndərdiyi mesajla da baş vermişdi. Yeri gəlmişkən, bu qadın mətbuata, imkanı, əli-ayağı çatan hər yerə haray-həşir salıb ki, onun telefon danışıqları dinlənilir, filan. Baxmayaraq ki, mənim təqdim etdiyim materialda heç bir telefon danışığı yox idi. 

Sevinc Osmanqızının Çingiz Sultansoya göndərdiyi mesaj

Deməli, burda da söhbət gizli dinləmələrdən yox, whatsapla göndərilən səs naməsindən gedir. Sevinc Almaniyanı, Birləşmiş Ştatları, Avropanı, Arktika pinqvinlərini günahlandırınca yəqin ən azı maraqlanmalıydı ki, onun göndərdiyi bu qrant mesajını kim mənə də yollaya bilər?! Hər şey bu qədər sadə. Bu hadisəni sadəcə bir haşiyə kimi çıxdım. Qaldığımız yerə qayıdıram. Harda ki Kempenin evində almanı xarala atmışdılar ha... bax ora. İndi göstərəcəyim şəkildəki Sevincdir. Bilmirəm Kempenin bağ evinin həyətində tuşladığı bu silahla kimi nişan alır və ya onun hədəfində Azərbaycandır ya Qarakənddə helikopterimizi vuran Qarabağ separatçıları, amma dəqiq özüdür. Sevinc Osmanqızı. Narahat olmasın. Təsvirlərdə bundan dərinə getməyəcəm. Mən harda dayanmaq lazım olduğunu yaxşı bilirəm. Uşaq var, böyük var. Hə, bir şeyi ddə deyim, Osmanqızı hər çıxışında elan edir ki, Azərbaycanın heç bir kanalına baxmırlar, hamı oturub sosial şəbəkədə ona və onun kimilərə baxır, amma hər dəfə də efirə çıxardığı dəstəkçilər onun məntiqini vururlar. Məsələn, bu cümlələrlə: “bir var burda danışırıq biz Sevinc xanım. Axı Mir Şahin hər evə girir, adamların anası var, bacısı var, və sair. Məncə uzun müddət redaktorluq etmiş birisi ən azı özünü belə gülünc vəziyyətə salmamalıdır.

Beləliklə, Osmanqızı mövzusunu bitirək. Əvvəla qadın ərli ol-ola başqa birisilə görüşür. Sevişir. Hətta uşaqlarınının hərarətini, qızdırmasını belə doğma atasıyla yox onunla müzakirə edir. Ona düzlənərək, ya da əyrilənərək həyatında yeni bir Amerika açır. Bir sözlə olur-yerli yataqlı düüüüüüt!

İkincisi, qadın görüşdüyü şəxsin xüsusi xidməti orqanı əməkdaşı olduğunu bütün çılpaqlığı ilə bilir, amma bu barədə vətəndaşı olduğu Azərbaycan dövlətinin müvafiq qurumlarına məlumat vermir, üstəlik potensial 3 qat xəfiyyə kimi istifadə edilməsinə şərait yaradır. Bu zaman onun əməlinin adı olur: xəyanət! Və nəhayət övladlarına baxacağını vəd edən bir məxfi əcnəbinin ipinin ucundan yapışır və balalarını doğma atanın icazəsi olmadan oğurlayaraq ölkədən, yadellinin qucağına qaçırır. Bu əməlin də adı sadəcə cinayətdir! Düüüt, xəyanət və cinayət! Göründüyü kimi kifayət qədər ciddi, hətta dövlətə xəyanət boyda bir hadisəni hansısa qadın və kişinin cinsi münasibətləri səviyyəsinə endirmək, hansısa intimdən, mintimdən danışmaq diqqəti yayınıdrmaqdır. Təkrar edirəm, Osmanqızı olmur, lap Yekaterina olsun, mənə onun yataq macəraları maraqlı deyil. Söhbət onun xüsusi xidmət orqanına xidmət etməsindən gedir.

Daha bir qeydim var. Osmanqızı hər dəfə REAL Təhlil və İnformasiya mərkəzini hakimiyyət tərəfindən maliyyələşdirilən bir kanal kimi təqdim və təlqin etməyə çalışır. Rəsmən bildirirəm. Bu kanal tam müstəqildir, özünü reklam və sponsorlar hesabına maliyyələşdirir. Hesablarımız tam şəffafdır və Osmanqızından fəqrqli olaraq biz qazanc mənbələrimizi açıq göstərə bilərik. Yəni bunu da ona görə deyirəm ki, Osmanqızının bütün iddiaları kimi bu bəyanatı da yalan, təbəssümü kimi saxtadır. Amma bir zamanlar o təbəssüm çox məsum, bakirə və təmiz idi, məlahətli və sirli idi. Mən çox-çox əvvəl Sevincin Binə hava Limanında Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli dövlət adamına uşaq məsumluğu ilə necə sual verdiyini, aldığı cavabdan xoşbəxt olduğunu, onun təmiz ingilis dilində verdiyi sualdan qürrələnən rəhmətlik Osman müəllimin bığaltı necə gülümsədiyini xatırlayıram. O da yadımdadır ki, məşhur tədqiqatçı əlim Qulam Məmmədlinin 80 illik yubileyi idi. Tofiq Rüstəmova Osman müəllim Sevincin gələcəyini diplomatik xidmətdə gördüyünü deyirdi. Osman Mirzəyev xaraktercə köhnə kişilərdən idi. Həyalı, əkabür. Hətta öz həyat yoldaşının adını belə dilinə gətirməmişdi. Məsələn, yadımdadı, 80-ci illərdə Dalğa proqramında elektrik ət çəkənindən danışırdı və deyəsən belə dedi, uşaqların anası üçün almışam, razı qalıb. Solmaz xanım isə yadımda həmişə jurnalistika cəfakeşi kimi qalacaq. Sevən həyat yoldaşı. Qayğıkeş ana. Vicdanlı vətəndaş. Osman Mirzəyev. Şəhid. Namuslu bir azərbaycanlı. Övladlarından heç nəyi əsirgəməyən ata. Amma onlar rahat yata bilirmi? Əmin deyiləm. Çünki ortada başqa bir yataq var. Məncə hər şeyi dedim. Bəzi cavablar isə suallar çıxdıqca olacaq. İndi isə Osmanqızının havadarlarının məntiqi ilə bağlı düzəlişlərim. Bunlardan biri Gültəkin Hacıbəylidir. Toylar kraliçası. Təki mikrofon olsun. Deməli, bu qadın bir müddət əvvəl məni, nə az-nə çox, faşizmdə günahlandırıb. Səbəbi də çox sadədir. Əvvəlcə onun sosial şəbəkədə yaydığı bu paylaşıma baxın. Fraqment aprelin 7-dəki çıxışımdandır. Deməli qadın paylayıb:

“Çağırış kimi çıxmasaydı, məsələn şörək dükanlarına müraciət edərdim ki, satıcılarımız bu adamlara çörək satmasınlar. Sürücülərimiz bu miskin varlıqları avtobuslara minməyə qoymasınlar. Şəxsiyyət vəsiqələri rəsmən qüvvədə olsa da onların kimliklərini gerçək hesab etməsinlər. Təcili yardım stansiyalarımız onların çağırışlarını qəbul etməsinlər. Yasa, toya buraxmasınlar. Bir sözlə belələrini cəmiyyət bir zamanlar Çernışevskinin məruz qoyulduğu tənbeh növünə məhkum etsin!”

Məlumatsız tamaşaçı və ya oxucu əlbəttə belə bir çıxışı bəyənməməli, faktiki olaraq mülki edamın elementlərini əks etdirən bu platformaya sərt reaksiya verməlidir. Bəs əslində nə baş verib? Deməli, mənim fikirlərimin əvvəli və sonrası kəsilib. Mətnin konteksdən çıxarılmamış variantını təqdim edirəm. Zəruri qeyd. Yadınızdasa o gün mən Qurban Məmmədovun İsgəndər Həmidovla bağlı yazdığı təhqiramiz mesajı, özünü xalq hərəkatı adlandıran bir qrupun küçə uşağı səviyyəsindəki toplanışlarını və ləkəli bioqrafiyalarına baxmayaraq millətə rəhbərlik etmək iddiasına düşdüklərini ictimailəşdirmişdim. Və ondan sonra bu fikirləri söyləmişdim.

Gültəkin Hacıbəyli, və onun burnundan fırt eliyib düşən Əli Kərimli guya ictimai qınaq çağırışı elan edir, əslində isə növbəti dəfə məni mənəvi terrora məruz qoymaq üçün öz marginal qara quralarına fas deyir. Onlar arasında daha kimlər yoxdur: Bir zaman millət vəkili mandatını partiya maraqlarından üstün tutduğuna görə AXCP-dən qovulan, bu gün isə Milli Şura sədri kimi yenə də Əli Kərimliyə sığınan Cəmil Həsənli kimi əqidə xizəkçisi, özü boyda çılpaq həqiqət Xədicə İsmayıl və onların vətəndən kənar hamiləlik döldaşları, Orduxan, Tural, adlarını bilmədiyim daha bir-iki ibtidai insan formatlılar. Əli Kərimli isə ümumiyyətlə qəribə bir varlıqdır. Yəni həm var həm də yox. Tutaq ki, onu AXCP sədri kimi təqdim edirlər. Amma dövlətin nəzərində o AXCP-nin sədri kimi yoxdur. Qeydiyyatı yoxdur. Deməli onun rəhbərlik etdiyi təşkilat haqqında belə demək olar. Özünü AXCP adlandıran təşkilatın sədri. Amma kimdi bu sədr? Əli Kərimli? O da tam mövcud deyil axı. Adamın pasportu yoxdur. Deməli onu da ən yaxşı halda belə tanıtmaq olar. Özünü Əli Kərimli adlandıran adam.

Nəhayət. Bayaq dedik axı. Tısbağanın vətəni, çəlpələngin azadlığı olmur. Biri vətənini özü ilə daşıyır. O birinin azadlığı isə həmişə kiminsə əlindədir. Birinin taleyi qından, o birininki isə ipdən asılıdır. Özünü quş bilərək çaşan çəlpələng də, vətəni öz qını ilə qarışdıran xaos müxalifəti də mahiyyətcə eynidir. İndi isə keçmiş tikə-parçalarından ayrılıb yenidən gələcəyə qayıdaq. Yer kürəsi və Bakı vaxtına. Planet və Bakı Prosesinə. Dövlətin yeni təqdimat tərzinə, yeni dövran üçün ondan tələb olunan standartlara. 2019-un Azərbaycanına.Bayaq Azərbaycanın beynəlxalq xab, bəşəri mənəvi-coğrafi-virtual qovşaq olmasından danışırdıq. Davam edək. Azərbaycanı Beynəlxalq İnternet şəbəkəsinə bağlayan Magistral İnternet provayderi “AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyevlə gələcəyin Azərbaycanından danışacağıq. Əvvəlcə, söhbətə hazırlaşın. Bilmədiyimiz çox şey var. O gələcəyə biz yeni insanlarla getməliyik. O insanlarla ki, məsələn yaxşı başa düşürlər ki, kosmosa uçan raketin mühərrikini at gücü ilə qeyd edirlər. Daha o insanlarla yox ki, kosmosa atla getmək istəyirlər. Baxın və salamat qalın.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə