Gürcüstan Patriarxlığı bəyanat yayıb (Video)

Gürcüstan Patriarxlığı bəyanat yayıb (Video)
David Qareci ətrafındakı hadisələrlə bağlı mövqe bildirilib

 Gürcüstan Patriarxlığı Keşikçi Dağı (David Qareci) məbəd kompleksi ətrafında son vaxtlar baş verən hadisələrlə bağlı bəyanat yayıb.

REAL xəbər verir ki, bəyanatda deyilir:

"David Qarecidəki  son hadisələr xalqın təəcübünə səbəb oldu və bəziləri dəfələrlə öz mövqeyini bildirdilər. Qareci kompleksi  ən qədim abidələrdən biridir və Gürcüstan kilsəsi onun qorunması üçün əlindən gələni edəcək.Biz də ictimaiyyətə məlumat vermək istəyirik ki, Azərbaycan tərəfi ilə aktiv danışıqlar aparılır və müəyyən müsbət addımlar atılıb. Gürcüstan Patriarxlığı olaraq dini və ya dünyəvi dairələrin nümayəndələri tərəfindən ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrini parçalamaq və sarsıtmaq cəhdlərini qətiyyətlə pisləyirik. Ümid edirik ki, ruhani liderlərimiz, millətlərimiz və dövlətlərimiz arasındakı əlaqələr məhv edilə bilməz, ədalət, düşüncə və dostluq üstünlük təşkil edəcək".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə