Cümhuriyyətin topdağıtmaz ismi - VİDEO

Cümhuriyyətin topdağıtmaz ismi - VİDEO
Ə.Topçubaşovun anadan olduğu gündür

Bu gün müstəqil Cümhuriyyətin parlament sədri, Əlimərdan bəy Topçubaşovun anadan olduğu gündür. 1863-cü ilin mayın 4-dəTiflisdə qulluqçu ailəsində dünyaya göz açan Əimərdan bəy Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi. Dumaya seçilmiş ilk deputatlardan biri idi. Eyni zamanda rus dilində çıxan Kaspi qəzetinin naşiri. Onu həmdə Əkinçinin banisi Həsən bəy Zərdabinin kürəkəni kimi də tanıyırıq. Amma Əlimərdan bəy Topçubaşov hər şeydən qabaq müstəqil Azərbaycanı Paris Sülh Konfransında təmsil edən nümayəndə heyətinin rəhbəri, eyni zamanda versalda Amerika Birləşmiş Ştatllarının prezidenti Vudro Vilsonla görüşmüş ilk azərbaycanlı idi. 

Sədri olduğu Məcluisi Məbusanda bir gün də olsun otura bilmədi.Çünki, cümhuriyyət qurulandan vəzifəsi bu dövləti dünyada tanıtmaq oldu.Təkcə 1918-ci ilin oktyabrından 1919-cu ilin yanvarın 16-dək İstanbulda 36 rəsmi görüş keçirmişdi. Bu görüşlərin sonunda o Fransaya- Parix sülh Konfransına getməyə və AZərbaycanı dünyada atnıtmağa müvəffəq olmuşdu. Təəssüf ki, bu tanıtmadan bir neçə ay sonra AZərbaycanda sovet işğalı baş verdi, cümhuriyyət devrildi və Əlimərdan bəy müvəqqəti getdiyi Parisdə ömürlük qalmalı oldu. 
1934-cü ilin noyabrında vəfat edən Əlimərdan bəy Topçubaşovun məzarı Sen Klu qəbristanlığındadır. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə