Fuad Poladovsuz 1 il - VİDEO

Fuad Poladovsuz 1 il - VİDEO
Aktyorun ölümündən 1 il ötdü

Onun da qapısını əcəl ötən ilin mayında döydü. Mayın 5-i. İstedadı ilə heç vaxt lovğalanmayan, heç vaxt bu mənəm deməyən Fuad Poladovun. O Fuad Poladov ki, kinomuzun, teatrımızn yaraşığıydı. Xarizması, səsi, nəfəsi başdan ayağa onu tamaşaçıya sevdirməyə hesablanmışdı....

Səhnəmizin lirik-romantik qəhrəmanı dramatik rolları da əsrarəngiz oynayırdı. Bəlkə də Azərbaycanda da Mario Püzo kimi ssenarist, Koppola kimi rejissor olsaydı, Fuad Poladov da öz Vito Korleonisini bütün dünyaya tanıdardı.

Amma o balaca Azərbaycanda doğulmuşdu. Böyük səhnə iddialarını gerçəkləşdirmək üçün əlindən gələni etdi. Bacardı da. Bircə xərçənglə bacarmadı. Onu səhnədən də, bizdən də qoparan xərçəng oldu. Bir də baharın ən gözəl ayı olan may. Mayda doğulmuşdu, mayda da həyat adlı səhnəni birdəfəlik tərk etdi.

Ruhu şad olsun.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə