AQTA rəsmisi: Zərərli məhsullar gətirildikləri ölkələrə qaytarılır - VİDEO

AQTA rəsmisi: Zərərli məhsullar gətirildikləri ölkələrə qaytarılır - VİDEO

Yay ayları yaxınlaşdıqca insanların meyvə və tərəvəz ehtiyacları da artır. Bu da öz növbəsində  təhlükəsiz qida, nəyi hardan  almalı,  hansı meyvələrdən yeməli kimi bir çox sualları aktual edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) laboratoriyaları mövsümə hazırdırmı? Bu sualları cavablandırmaq üçün REAL TV AQTA-nın Mərkəzi Fitosanitar Laboratoriyasının bölmə rəhbəri Rəna Qaralovadan açıqlama alıb.

"Yoxlamalarımız mövsümdən asılı olmayaraq davam edir. Laboratoriyaya karantin əhəmiyyətli və ya təhlükəli məhsul daxil olursa, biz yoluxmalara yol verə bilərik. Buna görə fitosanitar nəzarət çox güclü olmalıdır. Sadəcə idxal deyil, eyni zamanda ixrac olunan məhsulun da təmiz və keyfiyyətli olmasına diqqət edirik. Zərərli məhsul aşkarlanarsa ya zərərsizləşdiririk, ya da gətirildiyi ölkəyə qaytarırıq. Odur ki, bizim göndərdiyimiz məhsulların da geri qayıtmaması üçün səy göstəririk",- deyə Rəna Qaralova bildirib..

Onun szölərinə görə,müxtəlif regionlarda 21 laboratoriya quraşdırılıb.

"Daxil olan məhsulların harda yoxlanılmasına gəlincə ilk növbədə inspektorlarımız sərhəddə yük avtomobillərini yoxlayırlar, əgər problem görmürlərsə, səlahiyyətləri var ki, məhsulun ölkəyə keçməsinə icazə verilər. Əgər şübhəli məqamlar olarsa, məhsuldan nümunələr laboratoriyaya göndərilir və yoxlamadan sonra müvafiq qərar verir. Biz artıq molekulyar diqanostika da öz sözümüzü deyə bilərik. Bazara çıxarılacaq məhsulların yoxlanılması üçün Fitosanitar Xidmətin əməkdaşları təşkil olunan yarmarkalarda fəaliyyət göstərirlər.

Sahibkarlar özləri də arzu edərlərsə aldıqları məhsulun keyfiyyətini yoxlatmaq üçün bizə müraciət edə bilirlər",- deyə bölmə rəhbəri qeyd edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə