Buduq kəndindən son məlumat - VİDEO

Buduq kəndindən son məlumat - VİDEO
Kəntdə infrastruktur yaxşılaşdırılır

Əsası qədim Qafqaz Albaniyası dövründə qoyulan Qubanın Buduq kəndi.

Kəndin adı da elə burada ilk məskən salan Buduq tayfalarından götürülüb. Vaxtilə ən sıx əhalisi olan kənd indi tamamilə boş qalmaq təhlükəsi ilə üz üzədir. Kənd sakinlərinin böyük əksəriyyəti yaşayış məskənini tərk edib.

Quba Rayon İcra Hakimiyyətinin Başçısının müavini İctimai-Siyasi və Humanitar məsələlər üzrə müavini Səidə Abasova deyir ki, 250-ə yaxın əhalisi olan Buduq kəndini 2018 ci ildə cəmi iki ailə tərk edib. 

“Özləri öz istəyi ilə qaynatası gilə yerləşib. Yaxın kəndə, digər ailədə həmçinin". Buduqun 250-yə yaxın əhalisi var. Buduqdan Aran kəndlərdə bir neçə kənd yaranıb. Yalmanc kəndi var, Xaçmazda Aqyazi Buduq var. Bu normal haldır. Bu proses bütün dünyada gedir. Əhalinin kəntdən şəhərə köçməsi urbanizasiya adlanır. Əhalinin iş, təhsil və ya daha inkişaf etmiş əraziyə köçməsi labüd bir şeydir".

Kəntdəki digər problemlərə gəldikdə isə Səidə Abasova deyir ki, ərazidə yalnız qazlaşma yoxdur. 

“Bu ərazidə qazlaşma ümumiyyətlə yoxdur. Kəntdə su var. Qışda donmayan bulaqlar var ətəndaşların fərdi öz həyətlərində. Azərbaycanın digər kəndlərində də ancaq ibtidai məktəblər fəaliyyət göstərir. Kəndin əhalisinə görə 4 illik məktəbin olması əvvəldən belə olub".


Kəndə avtomobil yolunun vəziyyəti də ürəkaçan deyil. Dağ kəndi olduğu üçün bura böyük avtobusların gedi-gəlişi çətin olur 

“Dağ kəndlərinə bildiyiniz kimi böyük avtobuslar işləyə bilməz. Çünki manevr məsələsi var. Bu kəndin vətəndaşlarının özlərinin xüsusi maşınları var. Yolu olmaması irad gətirilsə oranın böyük hissəsi asfaltlanıb. Orda qalıb Quba Xınalıq yolu, Qirizdəhlə kəndi. Orda yol donur bu yolda uzun, böyük yol deyil gələcəyinə buda perspektiv planda var.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, hazlrda Quba rayonu ərazisində iki böyük yol infrastruktruu icra olunur. Artıq Quba-Qonaqkənd və Susay-Xinalıq istiqamətində yeni yolun inşasına start verilib. Hər iki avtomobil yolunun yenidən qurma işləri başa çatdıqdan sonra digər ərazilərdə də təmir işləri davam edəcək. 

 “Digər təmirə ehtiyacı olan nə qədər yol varsa Quba rayonu ərazisində, kəndlər arası xüsusən də turizm inkişafı baxımdan mühüm əhəmiyyətə malik hesab olunan yolların yenidənqurma istiqamətində addımlar atılacaq. Yolların təmiri yekunlaşdırılması ardıcıllığa uyğun olaraq digər ərazilərdə də işıərə start veriləcək.


Anar Nəcəfli deyir ki, layihə bitdikdən sonra kəndə gediş-gəliş əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə