XİN-dən münasibət - VİDEO

XİN-dən münasibət - VİDEO
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası

Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi Dağı Məbəd-Kompleksinə girişin məhdudlaşdırılması ilə bağlı Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyin mətbuat katibi Leyla Abdullayevanın REAL-a məlumatına görə , Keşikçi Dağı (David Qareci) Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. 

Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə