Yeni qaz sayğacları quraşdırılır - VİDEO

Yeni qaz sayğacları quraşdırılır - VİDEO
Səbail və Nizami rayonlarında abonentlərin qaz sayğacları yenilənir

Səbail rayonu Mətbuat prospektində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.

Dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəzlənməsi,quraşdırılan sayğacların kipliyə yoxlanıldıqdan sonra yivli birləşmələrinin plomblanması və dəyişdirilən qaz xətlərinin rənglənməsi istiqamətində intensiv işlər aparılır.

Aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi Bakı şəhəri Nizami rayonunda da davam etməkdədir.

Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” İB tərəfindən Nizami rayonunun qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilmiş və həmin layihəyə uyğun olaraq, diametri 315 mm-lik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır.

Ümumi uzunluğu 4 min metr olacaq qaz kəməri Tofiq Abbasov,Əli Vəliyev və Şərifli Məmmədəli küçələrindən keçərək mövcud şəbəkəyə birləşdiriləcəkdir.

Qeyd edək ki, bu kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış diametri 159 mm-lik metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək.

Hazırda həmin kəmərin 1250 metrlik hissəsində işlər başa çatdırılmış, qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir. Onu da bildiririk ki, yeni qaz kəmərinin çəkilişi ilə əlaqədar qeyd olunan ərazinin qaz təchizatında heç bir məhdudiyyət yoxdur.

Rayon ərazisində aparılan təmir-tikinti işlərinin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən işlər nəticəsində ümumilikdə 5 min abonentin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmasına zəmin yaradacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə