İtlərin hücumu artıb - VİDEO

 İtlərin hücumu artıb - VİDEO
Müxtəlif xəsarətlərlə 10 nəfər xəstəxanaya yerləşdirilib

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib. Hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Müxtəlif dərəcəli bədən xəsarəti alan 10 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mingəçevirdə də küçə iti uşağa hücum edib. REAL-ın xəbərinə görə hadisə axşam saatlarında İncilli yaşayış massivində baş verib.

Daha dəqiq, 2007-ci il təvəllüdlü Amil Ramin oğlu Mikayılovu küçədə dolaşan sahibsiz it dişləyərək ağır xəsarətlər yetirib.

Xatırladaq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan hüquqlarının qorunmasına dair Avropa konvensiyasına qoşulub. Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.

Amma heç bir vəsait insan həyatından önəmli deyil.

Statistika göstərir ki, Azərbaycanda sahibsiz itlərlə bağlı ciddi iş aparılmalıdır. Bunu sən də, mən də, o da, bu da hər kəs apara bilər.

Yetər ki, istəyək. Qan tökmədən, güllə atmadan ən müasir üsullarla. Çünki itin də yaşamaq haqqı var.

 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə