Sem Smiti Bakıda əvəzləyəcək müğənninin adı bəlli olub

Sem Smiti Bakıda əvəzləyəcək müğənninin adı bəlli olub

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Sem Smiti əvəzləyəcək müğənni bəlli olub.

Bu barədə “Report”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. Onun sözlərinə görə, britaniyalı müğənnini həmyerlisi Cessi Cey əvəzləyəcək.

Smitin aprelin 27-də Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub. Britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə