ASAN ödənişə qoşulan qurumlar - VİDEO

ASAN ödənişə qoşulan qurumlar - VİDEO
ASAN ödənişə qoşulan qurumların sayı 219-a çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov REAL-ın birbaşa efirinə ətraflı məlumat verib.

Bu gün Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kütləvi informasiya vasitələri nümayəndələri üçün “ASAN ödəniş” sistemi ilə bağlı xüsusi təqdimat keçirilib.

Tədbirdə çıxış edən mərkəzin rəhbəri Fariz Cəfərov “ASAN ödəniş”ə qoşulan yeni qurumlar, sistemin üstünlükləri, yeniliklər haqqında ətraflı məlumat verib.

F.Cəfərov bildirib ki, EHİM tərəfindən fəaliyyəti təmin edilən çoxfunksiyalı "ASAN ödəniş" sistemi cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə ödənişləri qısa müddət ərzində, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. "ASAN ödəniş" sistemi vasitəsilə 30 mərkəzi, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla 219 qurumun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən çox xidmət üzrə ödənişləri həyata keçirilə bilər. Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı, eləcə də sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalları, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə