Ölkəyə gələn turistlərin sayı artıb - VİDEO

Ölkəyə gələn turistlərin sayı artıb - VİDEO
Xarici turistlər ötən il ölkəmizdə 2 milyard dollar xərcləyiblər

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib . 

"2018-ci ildə Körfəz ölkələrindən gələn turistlərin sayında daha çox artım müşahidə edilib. Ötən il Avropa İttifaqına üzv ölkələrdən gələn turistlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq bir milyon nəfərdən çox olub. Aparılan hesablamalara görə, xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər". Bu fikirləri Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev dedi.

Qlobal Sağlamlıq Hamı Üçün şüarı ilə keçirilən forumda 25 ölkənin Milli Sağlamlıq Turizm qurumlarının rəhbərləri, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 150 nəfər yerli və xarici qonaq və turizm sektorunun nümayəndələri iştirak edir.

Tədbirdə bildirilib ki, 2017-ci ildə Ümumdünya Turizm və Səyahət Şurasının açıqladığı hesabata əsasən, 2016-cı ildə Səyahət və Turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub. Ümumilikdə isə, 2017-2027-ci illər ərzində bu vəsaitin daha da artaraq 4,6 milyard manata çatacağı gözlənilir. 

Qeyd edək ki, 3-cü Qlobal Sağlamlıq Turizm Forumu aprel 24-dək öz işini davam etdirəcək.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə