Azərbaycan XİN başçısının müavini Ukraynada səfərdədir

Azərbaycan XİN başçısının müavini Ukraynada səfərdədir

Aprelin 23-də Kiyevdə GUAM Milli Koordinatorları Şurasının növbəti iclası keçirilir.

REAL "Report"a istinadən xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

GUAM Milli Koordinatorları Şurasının iclası çərçivəsində Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar ilə Mahmud Məmmədquliyev arasında görüş keçirilib. 

Görüşdə iki ölkə arasında, o cümlədən nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə