Dövlət qulluğuna qəbul imtahanında 5000-dən çox namizəd uğur qazanıb

Dövlət qulluğuna qəbul imtahanında 5000-dən çox namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə 18 noyabr 2017-ci ildən 17 mart 2019-cu ilə kimi inzibati vəzifələrin A növü (inzibati rəhbər-idarəetmə vəzifələr) və inzibati vəzifələrin B növü (inzibati icraçı vəzifələr) üzrə cəmi 17 test keçirilib.

REAL-ın xəbərinə görə, bu barədə “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində bildirilib.

Qeyd olunub ki, bu imtahanlarda iştirak etmək üçün 14422 nəfər qeydiyyatdan keçib, 14215 nəfər imtahanda iştirak edib: "İmtahanlarda iştirak etmiş namizədlərdən 5215 nəfər uğur qazanıb. Uğur qazananların sayı imtahanda iştirak edənlərin sayının 36.7 faizini təşkil edib. 17 test imtahanında qeydiyyatdan keçən 14422 namizəddən 8721 nəfəri kişi, 5701 nəfəri qadın olub".

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə