Metronun "Xətai" stansiyasının nə vaxt açılacağı məlum olub

Metronun

Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış Bakı Metropoliteninin "Xətai" stansiyasının açılacağı vaxt müəyyənləşib.

REAL xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun ONA-ya verdiyi məlumata görə, stansiyada təmir işləri avqust ayında başa çatacaq.

B. Məmmədovun sözlərinə görə, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılır. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülür.  

Qurum rəsmisi əlavə edib ki, "Xətai" stansiyasında eskalatorların yenilənməsi ilə yanaşı, vestibülün əsaslı təmiri də aparılır və stansiyanın memarlıq kompozisiyası yaradılır: “Həmçinin stansiyanın istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənir, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunur. Bunlarla yanaşı, "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da avqusta qədər başa çatdırılacaq”.

 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə