"Nordstar" Norilsk-Samara-Bakı marşrutu üzrə uçuşları dayandırıb

Rusiyanın "Nordstar" aviaşirkəti yeni təyyarələrin tədarükünün gecikməsi ilə əlaqədar bir neçə marşrut üzrə uçuşları dayandırıb.

REAL ONA-ya istinadən xəbər verir ki, "Nordstar" Norilsk-Samara-Bakı və Norilsk-Ufa-Anapa marşrutu üzrə uçuşlarını müvəqqəti dayandırır. Sözügedən aviareyslərin sərnişinlərinə digər yaxın tarixlər və ya Moskva üzərindən uçuşlar təklif olunur.

Bundan başqa, analoji səbəbdən şirkət Norilsk-Nijni Novqorod-Belqorod istiqaməti üzrə uçuşları dayandırıb, Norilsk-Yekaterinburq-Rostov marşrutu üzrə isə uçuşların sayını azaldır.

Qeyd edək ki, bu ilin əvvəlində şirkətin aviaparkında 10 "Boeing" təyyarəsi var idi (9 “Boeing-737-800” və 1 “Boeing-737-300”). Apreldə isə aviadaşıyıcı donanmasında 7 “Boeing-737-800” təyyarəsinin olduğunu bildirib. Donanmanın azaldılması səbəbi məlum deyil.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə