Fonyini "Tilsimi qırdı" - VİDEO

 Fonyini
İtaliyalı tennisçi zirvədə

Monakoda keçirilmiş ATP seriyalı tennis turnirinin qalibi adını italiyalı Fabio Fonyini qazanıb.

Appenin təmsilçisi həlledici görüşdə serbiyalı Duşan Layoviçi üstələyib. Yarımfinalda dünyanın ən güclü tennisçilərindən hesab olunan Rafael Nadalı məğlub etmiş Fonyini Layoviçə də heç bir şans verməyib.

Serbiyalı idmançı ilk setdə rəqibindən cəmi 3 geym ala bilib. 3-6. 52 dəqiqə davam etmiş növbəti partiya Fabionun 6-4 hesablı üstünlüyü ilə yekunlaşıb. Bununla da 31 yaşlı tennisçi karyerası ərzində ilk dəfə olaraq masters seriyalı turnirdə birincilik sevinci yaşayıb.

Danil Medvedevə qalib gəlməklə iddialı olduğunu sübut etmiş Layoviç isə bu dəfə də titul qazana bilməyib. Hər halda Cokoviçin mübarizə apardığı Monte Karloda digər serbiyalı tennisçinin finala adlaması da uğur sayılmalıdır.

Xatırladaq ki, 1968-ci ildən indiyə kimi italiyalı tennisçilərdən heç biri masters seriyalı turnirdə birinci olmayıb.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə