"Gələcəyin müəllimi" - VİDEO

H.Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş müsabiqə keçirilir

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) birlikdə keçirdikləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib.

Tədbir universitetlərin tələbələrinin birləşmiş xorunun ifasında Azərbaycanın Dövlət Himni ilə başlanıb.

Mərasimi açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov çıxış edərək qeyd ediblər ki, müsabiqənin əsas məqsədi dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı vətənpərvər və milli ruhlu gənc pedaqoji kadrların hazırlanmasıdır. Onlar müsabiqə iştirakçılarını əlamətdar hadisə münasibəti ilə təbrik edib, hər iki təhsil ocağının tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra təqdim edilən konsert proqramında tələbələrin ifasında Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Astor Piazzollanın “Libertanqo”, Emin Sabitoğlunun “Dədə Qorqud” suitası, Vaqif Mustafazadənin “Tam tənha”, “Yollar”, Üzeyir Hacıbəylinin “Koroğlu”operasından “Şikəstə”, Niyazinin “Arzu”, Tofiq Quliyevin “Qaytağı”, Oqtay Kazıminin “Uca dağlar” mahnıları səslənib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə