Almaniyalı velosipedçi birinci olub - VİDEO

Almaniyalı velosipedçi birinci olub - VİDEO
Sem Benet ən yaxşı sprinterdir

Türkiyədə keçirilmiş veloyürüşün qalibi adını almaniyalı Feliks Qrossşartner qazanıb.

6 mərhələni 24 saat 53 dəqiqə 58 saniyəyə başa vuran 25 yaşlı idmançı fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Yekun sıralamada ikinci yeri İtaliyalı Valerio Konti tutub.

Bae Emireyt komandasının üzvü liderdən 19 saniyə geri qalıb.

Ən güclü üçlüyü Astana klubunun velosipedçisi Merhavi Eritreli tamamlayıb. Veloturun sonuncu 6-cı mərhəlkəsini Belçikalı Kaleb Evan ilk pillədə başa vurub.Yarışın yekunlarına əsasən ən yaxşı sprinter adını İrlandiyalı Sem Benet qazanıb. Belçikalı Timo Villems marşrutun yoxuş hissələrində göstərdiyi nəticələrə əsasən təltif olunub. Kolumbiyanı təmsil edən Manzana Team isə veloyürüşün ən yaxşı komandası seçilib.

Qeyd edək ki, Türkiyədə keçirilmiş yarış dünyanın yeganə qitələrarası turniridir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə