Süleyman Ələsgərov küçəsi - VİDEO

Süleyman Ələsgərov küçəsi - VİDEO
Xalq artistinin adına küçə verildi

Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adını daşıyacaq küçə müəyyənləşib.

Bu barədə mərhum bəstəkarın nəvəsi, "Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.

O bildirib ki, Nəsimi rayonunda yerləşən küçələrdən birinə S.Ələsgərovun adı verilib. 


Martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib. Qeyd edək ki, Süleyman Əyyub oğlu Ələsgərov Azərbaycan SSR xalq artisti , Üzeyir Hacıbəyov adına Respublika mükafatı laureatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri OLUB. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə