Kompensasiya ödənişlərinə başlanıldı - VİDEO

Kompensasiya ödənişlərinə başlanıldı - VİDEO
602 mindən çox insan kompensasiya alacaq

Bu gündən problemli kreditlər üzrə kompensasiya ödənişlərinə başlanıldı.

Maliyyə Nazirliyi problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi üçün 350,8 mln. manatlıq ilk maliyyələşmə tranşı ayırıb. Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı artıq Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.

Problemli kreditinə 500 manatdan aşağı kompensassiya düşən vətəndaşlar bu gündən etibarən Azərpoçtun Respublika üzrə bütün şöbələrinə yaxınlaşıb şəxsiyyət vəsiqəsi və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala biləcəklər. 

500 manatdan yuxarı olanlar isə nağdlaşma yolu ilə ala biləcəklər.

Azərpoçtun icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunacaq. Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə ödəniş zamin tərəfindən edilibsə, yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək.

Qeyd edək ki, ümumilikdə kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. kompensasiya vəsaitlərinin köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək. Proses növbəlilik prinsipi əsasında aparılacaq. Bütün ödənişlərin may ayında yekunlaşdırılması planlaşdırılır. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə